Bank Of Baku

Sumqayıtda iki sosial obyekt əsaslı təmir olunub

Sumqayıtda iki sosial obyekt əsaslı təmir olunub
# 11 yanvar 2010 08:58 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Yaxın vaxtlarda Azərbaycanın Sumqayıt şəhərində iki sosial obyekt yenidənqurmadan sonra istifadəyə veriləcək. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bunlar Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi və 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbidir. Yenidənqurma işləri nəticəsində hər iki obyekt müasir üslubda əsaslı təmir olunub.

Qeyd edək ki, 1958-ci ildə yaradılan Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində hazırda 21 dərnək fəaliyyət göstərir. Şahmat Məktəbi isə 1981-ci ildə istifadəyə verilib. Məktəb ötən il Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Respublikada ilin ən yaxşı şahmat məktəbi” üzrə şəhərlərarası müsabiqədə birinci yerə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR