Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda uçota alınan əcnəbilərin sayı artır

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda uçota alınan əcnəbilərin sayı artır
# 11 yanvar 2010 09:01 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 8 mini ötüb.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, ötən il fondun fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 21,5% artıb, əlavə olaraq 1425 əcnəbi vətəndaş uçota alınıb. Nəticədə fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı bu ilin əvvəlinə olan məlumata əsasən 8063 nəfərə çatıb.

Ümumilikdə 87 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları (4654 nəfər) çoxluq təşkil edir. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1225 nəfərədək yüksəlib. Üçüncü yeri isə 545 nəfərlə Rusiya Federasiyasının vətəndaşları tutub. Bununla yanaşı, çoxluq təşkil edən xarici hökumət vətəndaşları arasında İran İslam Respublikası (255 nəfər), Hindistan (202) və Çin Xalq Respublikasını (97) qeyd etmək olar, sonrakı yerlərdə isə Ukrayna (75), Pakistan İslam Respublikası (70), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (85), Malayziya (63), Qazaxıstan (63), Özbəkistan (59), Türkmənistan (48), Almaniya (53), İtaliya (42), ABŞ (33) və s. ölkələr gəlir.

Qeyd edək ki, Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramına (2009-2015-ci illər) uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində xarici ölkələrdə əmək miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının gələcək pensiya hüquqlarının qorunmasını təmin etmək və sosial müdafiəsini gücləndirmək məqsədilə əlavə olaraq bir sıra digər ölkələrlə də beynəlxalq müqavilələrin bağlanılması üzrə təkliflər hazırlanır, bu ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlığın inkişafı məqsədilə sistemlərin qarşılıqlı öyrənilməsi istiqamətində işlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR