Bank Of Baku

Naxçıvanda “Uşaq Filarmoniyası” yaradılacaq

Naxçıvanda “Uşaq Filarmoniyası” yaradılacaq
# 11 yanvar 2010 10:07 (UTC +04:00)
Naxçıvan-APA Bu il Naxçıvan Muxtar Respublikasında (MR) Uşaq Filarmoniyası yaradılacaq. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayevin APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.

Hazırlıq işlərinin aparılması ilə bağlı keçirilən tədbirdə repertuar seçiminə diqqət yetirilməsi, kollektivlərin məşq etməsi üçün yerlərin və qrafiklərin müəyyənləşdirilməsi, bədii rəhbərin seçilməsi, filarmoniyanın tərkibinin formalaşdırılması müzakirə olunub.

Filarmoniyanın formalaşdırılması çərçivəsində ilk olaraq xalq çalğı alətləri orkestrinə 45, kamera ansamblına 18, mahnı və rəqs ansamblına 26, xor kollektivinə 35 nəfər seçilməsi qərara alınıb.

Naxçıvan Uşaq Filarmoniyasının iyun ayınadək fəaliyyətə başlaması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR