Bank Of Baku

Azərbaycanda 6 dövlət qulluqçusu etik davranış qaydalarını pozduğuna görə vəzifəsindən azad edilib

Azərbaycanda 6 dövlət qulluqçusu etik davranış qaydalarını pozduğuna görə vəzifəsindən azad edilib
# 11 yanvar 2010 10:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “2009-cu ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Statistika Komitəsində, İqtisadi İnkişaf Nazirliyində, Əmlak Məsələləri Dövlət Komitəsində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, Binəqədi Rayon İcra Hakimiyyətində və Tovuz Rayon İcra Hakimiyyətində çalışan bəzi dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması hallarına yol verilib”. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin dövlət qulluqçuları barəsində intizam tənbeh tədbirləri tətbiq edilib. Etik davranış qaydalarını pozmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dörd əməkdaşının, İqtisadi İnkişaf Nazirliyinin bir əməkdaşının, Şəki Şəhər İcra Hakimiyyətinin bir əməkdaşının dövlət qulluğuna xitam verilib. Xətai, Qəbələ, Salyan, Saatlı, Tovuz, Yevlax, İmişli rayon icra hakimiyyətlərində dövlət qulluqçularının etik davranış qaydalarının pozulması faktları ilə rastlaşdıqları hallarda vətəndaşların müraciət etməsi üçün “qaynar xətt” yaradılıb.

Vətəndaşlar tərəfindən komissiyaya daxil olan 500-ə yaxın yazılı müraciət “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə araşdırılıb. Ötən il dövlət orqanları tərəfindən Komissiyaya daxil olan dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı 1500-dən çox müraciət qanunvericiliyin tələblərinə müvafiq olaraq cavablandırılıb. Bu müraciətlər əsasən dövlət qulluqçusunun qulluq stajının hesablanması, ixtisas dərəcəsinin verilməsi, dövlət qulluqçularının qulluqda yüksəlişi, sosial müdafiəsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı yaranmış anlaşılmazlıqlara aydınlıq gətirilməsi ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR