Bank Of Baku

“Dövlət qulluqçularının Reyestri”nə 8243 dövlət qulluqçusu barədə məlumatlar daxil edilib

“Dövlət qulluqçularının Reyestri”nə 8243 dövlət qulluqçusu barədə məlumatlar daxil edilib
# 11 yanvar 2010 10:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva- APA. Hazırda “Dövlət qulluqçularının Reyestri”ndə 39 mərkəzi icra hakimiyyəti orqanı və 29 yerli icra hakimiyyəti orqanı üzrə ümumilikdə 8243 dövlət qulluqçusu barədə məlumatlar toplanıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məlumatlar hər ayın 1-dən gec olmayaraq yenilənir. Mərkəzi Seçki Komissiyası və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi Reyestrlə bağlı məlumatları Komissiyaya təqdim etməyib.

Dövlət qulluğuna qəbulla bağlı müraciət edən vətəndaşların sayının artmasını nəzərə alaraq, sənəd qəbulu prosesində operativliyin və səmərəliliyin artırılması məqsədi ilə komissiyada yaradılmış “onlayn ərizə” sistemi vasitəsi ilə ötən il ərzində 400-ə yaxın namizəd onlayn ərizə verib, 3500-ə yaxın şəxs isə internet səhifəsində qeydiyyatdan keçib. İnternet səhifəsində qeydiyyatdan keçmiş şəxslərin buradakı foruma daxil olmaq, yeni müsabiqə elan edildikdə elektron poçt ünvanı vasitəsi ilə bu barədə məlumat almaq, müsabiqə və müsahibələrdə iştirak etmək üçün onlayn ərizə vermək imkanları var.

“Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “Dövlət qulluğu təsnifatı” hazırlanıb. Təsnifatın tətbiqi dövlət qulluğu sahəsində vahid informasiya sisteminin yaradılması və “Elektron hökumət”in formalaşdırılması tədbirlərinin həyata keçirilməsində mühüm rol oynayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR