Bank Of Baku

Milli Məclisə “Amnistiya Aktı” layihəsi təqdim ediləcək

Milli Məclisə “Amnistiya Aktı” layihəsi təqdim ediləcək
# 11 yanvar 2010 14:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Müsavat” deputat qrupunun üzvü Pənah Hüseyn Milli Məclisə “Amnistiya Aktı” layihəsi təqdim edəcək. Bu barədə APA-ya millət vəkilinin özü məlumat verib. O, yaz sessiyasında müzakirə olunmaq üçün “Amnistiya Aktı” layihəsi ilə yanaşı, başqa sənədlər də təqdim etmək niyyətində olduğunu deyib. P. Hüseyn başqalarının təşəbbüsü ilə Milli Məclisə amnistiyanı nəzərdə tutan hər hansı sənəd daxil olarsa, bu layihəni dəstəkləyəcəklərini də söyləyib. O, indiyə kimi Milli Məclisə təqdim etdikləri qanun layihələrinə münasibətdən razı qalmadıqlarını vurğulayıb: “Milli Məclisə təqdim etdiyimiz qanun layihələri gözəgörünməz labirintə salınır. İndiyə kimi “Xocalı soyqırımının tanınması haqqında”, “PKK-nin terorçu təşkilat kimi tanınması haqında”, “Müxalifətçilik fəaliyyəti haqında” qanun layihələrini və digər sənədləri Milli Məclisə təqdim etsək də, onlar ya müzakirəyə çıxarılmayıb, ya da səs çoxluğu ilə rədd edilib” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR