Bank Of Baku

Azərbaycan ATƏT-in 18-ci İqtisadi və Ətraf Mühit Forumunda iştirak edəcək

Azərbaycan ATƏT-in 18-ci İqtisadi və Ətraf Mühit Forumunda iştirak edəcək
# 11 yanvar 2010 15:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri fevralın 1 və 2-də Vyanada (Avstriya) ATƏT-in 18-ci İqtisadi və Ətraf Mühit Forumunda iştirak edəcək. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.

Konfransda sərhəd keçidlərində səmərəli idarəçiliyin təşviq edilməsi, quru nəqliyyatında təhlükəsizliyin artırılması və ATƏT regionunda avtomobil və dəmir yolu vasitəsi ilə beynəlxalq daşımaların asanlaşdırılmasına dair məsələlər müzakirə olunacaq. Tədbirdə həmçinin region ölkələrinin nəqliyyat və tranzit siyasəti ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir. Müzakirələr ATƏT-in 18-ci İqtisadi və Ətraf Mühit Forumunun və Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji, Nəqliyyat və Ətraf Mühit üzrə Alt Komitənin 5-ci iclası çərçivəsində aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR