Bank Of Baku

Azərbaycan Dillər Universiteti ilə Türkiyənin Hacəttəpə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

Azərbaycan Dillər Universiteti ilə Türkiyənin Hacəttəpə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
# 12 yanvar 2010 03:56 (UTC +04:00)
Bakı – APA. Yanvarın 14-də Azərbaycan Dillər Universiteti ilə Türkiyənin Hacəttəpə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Dillər Universitetinin rektoru professor Səməd Seyidov və Hacəttəpə Universitetinin rektoru prof. dr. Uğur Erdenerin, ADU-nun nümayəndə heyətinin iştirakı ilə keçiriləcək tədbir Türkiyənin Ankara şəhərində baş tutacaq.

Qeyd edək ki, ADU-nun Tərcümə fakültəsinin yeni əsaslarla qurulması ilə bağlı imzalanacaq əməkdaşlıq müqaviləsi Hacəttəpə Universitetinin təcrübəsini öyrənmək və müəllim-tələbə mübadiləsi həyata keçirmək məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR