Bank Of Baku

Sabahdan Azərbaycanda “donuz qripi”nə qarşı vaksinləşməyə start veriləcək

Sabahdan Azərbaycanda “donuz qripi”nə qarşı vaksinləşməyə start veriləcək
# 12 yanvar 2010 08:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Yanvarın 13-dən Azərbaycanda A/H1N1 virusuna (“donuz qripi”) qarşı vaksinləşmə prosesinə başlanacaq. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən göndərilmiş 90 min doza vaksin bu gün poliklinikalara paylanacaq. Peyvəndləmə öncə Bakı, Sumqayıt, Abşeron və şimal rayonları üzrə aparılacaq.

V. Qasımovun sözlərinə görə, ilk olaraq sərhəd, gömrük işçiləri, digər nazirliklərin tibb xidmətləri peyvəndləməyə cəlb olunacaq. Azərbaycandakı 120 minə yaxın həkim də ilk növbədə peyvənd ediləcək. Peyvəndləməni yerli poliklinikalar həyata keçirəcək. Artıq bu işi həyata keçirəcək mütəxəssislərə müvafiq təlimlər keçilib.

Sektor müdirinin sözlərinə görə, “donuz qripi”nə qarşı peyvəndlərin qalan 82 mini yanvarın 14-də ölkəyə gətiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR