Bank Of Baku

Gürcüstanın Qardabani rayonunda “donuz qripi” aşkarlanıb

Gürcüstanın Qardabani rayonunda “donuz qripi” aşkarlanıb
# 12 yanvar 2010 08:06 (UTC +04:00)
Qardabani. Nizami Məmmədzadə-APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunda 4 nəfər AH1N1 virusuna (“donuz qripi”) yoluxub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə Qardabani rayon Sanitar Epidemioloji Stansiyanın rəisi Soso Saakaşvili bildirib. Onun sözlərinə görə, virusa yoluxanların ikisi rayonun Norio kəndinin, ikisi isə Nasaquru kəndinin sakinləridir.
Onların milliyyətcə gürcü olduqları bildirilib.

Soso Saakaşvili qeyd edib ki, hal-hazırda xəstələr stasionar müalicə kursu keçir, onların vəziyyəti qənaətedicidir.

Stansiya rəisi onu da deyib ki, Qardabani sakinlərində xəstəlik aşkar olduqdan sonra məktəblərdə və digər ictimai yerlərdə yoxlamalar aparılıb, dezinfeksiya tədbirləri görülüb, tibbi nəzarət gücləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR