Bank Of Baku

Azərbaycan elmi-idman ekspedisiyası And dağlarında olub - FOTO

Azərbaycan elmi-idman ekspedisiyası And dağlarında olub - <font color=red>FOTO</font>
# 12 yanvar 2010 11:17 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun rəhbərlik etdiyi ilk Azərbaycan elmi-idman ekspedisiyası And dağlarına (Argentina) ekspedisiyanı başa vurub. Bu barədə APA-ya Federasiyadan bildirilib. Məlumata görə, ekspedisiya qrupu And dağlarının Akonkaqua massivinin geologiyası üzrə elmi-geoloji proqram, həmçinin Argentinanın dağlıq və dağətəyi rayonlarının timsalında Cənubi Amerikanın bioloji müxtəlifliyi üzrə proqramı da həyata keçirib. Ekspedisiya zamanı elmi-populyar filmlər və nəşrlərin hazırlanmasında əsas rol oynayacaq zəngin video və foto materiallar çəkilib.

Ekspedisiya üzvləri Akonkaqua zirvəsinə (6962 m) Azərbaycan bayrağını, Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri, həmçinin üzərində Azərbaycan prezidenti İlham Əliyevin şəkli və “Azərbaycan yeni zirvələrə doğru, İlhamla irəli” sözləri yazılmış vımpellər qaldırıblar.

Həmçinin, zirvədə azərbaycan və ingilis dillərində yazılan “2010 Azərbaycanda ekologiya ili-Yaşıl dünya naminə” transporantları açılıb. Məlumata görə, bütün bunları ekspedisiyanın üzvü, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının “Ekosport” İdman klubunun rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirbədəl Mirhəsənli həyata keçirib. Ekspedisiya qrupu Azərbaycana dönməyə hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR