Bank Of Baku

“Cənubi Qafqaz ölkələrinin tarixinə dair oçerklər” kitabının təqdimatı keçirilib

“Cənubi Qafqaz ölkələrinin tarixinə dair oçerklər” kitabının təqdimatı keçirilib
# 12 yanvar 2010 12:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan Tarixçiləri İctimai Birliyi “Cənubi Qafqaz ölkələrinin tarixinə dair oçerklər” kitabının təqdimatını keçirib. APA-nın məlumatına görə, kitabda Azərbaycan, Ermənistan və Gürcüstan tarixçilərinin qədim dövrdən 1921-ci ilə kimi regionda baş verən proseslərə baxışları öz əksini tapıb. Kitabın müəllifləri tarix elmləri namizədi Aydın Aslanov, Armen Xaçikyan və Paata Ramişvilidir. Təqdimat mərasimində çıxış edən Aydın Aslanov bildirib ki, bu kitabda tarixi hadisələr müxtəlif baxış bucaqlarından işıqlandırılıb. O qeyd edib ki, bu tendensiya davam edəcək və 1921-1991-ci illərdə baş verən tarixi hadisələrə dair oçerklərdən ibarət kitab nəşr olunacaq. Aydın Aslanov erməni həmkarlarının tarixi hadisələri işıqlandıran zaman əksər hallarda heç bir mənbəyə istinad etmədiklərini deyib. Kitab “Karitos” beynəlxalq şəbəkəsinin dəstəyi ilə rus və ingilis dillərində 2 min tirajla nəşr olunacaq və fevral ayında işıq üzü görəcək. Azərbaycan Tarixçiləri İctimai Birliyi mart ayında kitabın elektron versiyasını internetdə yayımlamaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR