Bank Of Baku

Göyçay rayonunun Yalman kəndinə canavar sürüsü hücum edib

Göyçay rayonunun Yalman kəndinə canavar sürüsü hücum edib
# 13 yanvar 2010 09:54 (UTC +04:00)
Göyçay. Zahid Abışov-APA. Azərbaycanın Göyçay rayonunun Yalman kəndinə canavar sürüsü hücum edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yanvarın 12-dən 13-nə keçən gecə qeydə alınıb. Canavarlar Yalman kənd sakini, 1946-cı il təvəllüdlü Hüseynova Yazgülə məxsus tövləyə girib, 11 xırdabuynuzlu heyvanı tələf edib, bir neçəsini isə yaralayıblar.
Y. Hüseynova faktla bağlı Dövlət Baytarlıq Xidmətinin yerli şöbəsinə müraciət etdiyini deyib. Onun sözlərinə görə, Baytarlıq Xidmətinin əməkdaşları əraziyə gəlib yaralı heyvanlara yardım göstəriblər. Ərazidə olan bütün xırdabuynuzlu heyvanlara quduzluğa qarşı vaksin vurulacağı bildirilib

Kənd sakinlərinin bildirdiyinə görə, bir neçə gün öncə canavarlar otlaqda heyvanlara hücum edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR