Bank Of Baku

“NYC Partnershir Consulting” beynəlxalq reytinq şirkəti Bakını planetin ən çirkli şəhəri elan edib

“NYC Partnershir Consulting” beynəlxalq reytinq şirkəti Bakını planetin ən çirkli şəhəri elan edib
# 13 yanvar 2010 11:56 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “NYC Partnershir Consulting” beynəlxalq reytinq şirkəti planetin ən çirkli şəhərlərinin siyahısını dərc etdirib. APA-nın məlumatına görə, şirkətin mütəxəssisləri dünyanın 245 iri şəhəri və paytaxtını müqayisə edərək, ən çirkli 30 şəhərin reytinqini tərtib ediblər. Reytinq tərtib olunan zaman havanın çirklənməsinin səviyyəsi, içməli suyun yararlığının dərəcəsi, tullantıların istifadə olunması və emal olunmasının dərəcəsi, tibbi xidmətin və avadanlığın səviyyəsi, infeksion xəstəliklərin mövcudluğu faktorları nəzərə alınıb. Bu siyahıda ilk yeri Azərbaycanın paytaxtı Bakı şəhəri tutub. Əsasən Afrika və bir neçə Asiya ölkələrinin paytaxtlarının yer aldığı siyahıda Rusiya paytaxtı Moskva 12-ci, Qırğızıstan paytaxtı Bişkek 16-cı, İraqın paytaxtı Bağdad 20-ci, Qazaxıstanın Almatı şəhəri 25-ci, İranın paytaxtı Tehran 29-cu yerdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR