Bank Of Baku

Azərbaycandakı məktəbəqədər təhsil müəssisələrində 1683 məcburi köçkün ailəsi məskunlaşıb

Azərbaycandakı məktəbəqədər təhsil müəssisələrində 1683 məcburi köçkün ailəsi məskunlaşıb
# 13 yanvar 2010 12:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda bütün beş yaşlıları məktəbəqədər təhsil müəssisələrində yerləşdirmək mümkün deyil. Bunun üçün yeni məktəbəqədər müəssisələr tikilməli, bağçalarda məskunlaşan məcburi köçkünlər köçürülməlidir”. Bu barədə APA-ya Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müüdiri Nərminə Alnağıyeva bildirib. Onun sözlərinə görə, Azərbaycanda 1612 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 1683 məcburi köçkün ailəsi məskunlaşıb: “Bu, kifayət qədər böyük rəqəmdir. Dövlət proqramına əsasən, həmin köçkün ailələri yavaş-yavaş köçürülür”. Sektor müdiri deyib ki, yenin qəbul olunmuş “Təhsil haqqında” qanunda və Azərbaycan Nazirlər Kabineti tərəfindən dünən təsdiq edilmiş “Məktəbə hazırlığın təşkili qaydaları”nda beş yaşlıların məktəbə hazırlığa cəlbinin məcburi deyil, zəruri olduğu göstərilib: “Hansı regionlarda bağçalar yoxdursa və ya azdırsa, həmin ərazilərdəki orta məktəblərdə məktəbə hazırlıq qrupları yaratmaq və ya qısa müddətli təlim qrurları təşkil etmək olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR