Bank Of Baku

Ötən il Azərbaycanın Lənkəran rayonunda 8 nəfər QİÇS-dən dünyasını dəyişib

Ötən il Azərbaycanın Lənkəran rayonunda 8 nəfər QİÇS-dən dünyasını dəyişib
# 13 yanvar 2010 14:09 (UTC +04:00)
Onun sözlərinə görə, otən il müddətində laboratoriya müayinəsindən keçmiş şəxslərdən 25 nəfər HİV daşıyıcısı aşkarlanaraq qeydiyyata götürülüb və bununla da Lənkəran rayonunda QİÇS-ə yoluxanların sayı 187 nəfərə çatıb.
Ümumilikdə isə cənub bölgəsi üzrə hazırda 360 nəfər QİÇS xəstəsi var ki, bunlardan da 78 nəfəri Astara, 66 nəfəri Masallı, 22 nəfəri Cəlilabad, 4 nəfəri Lerik, 3 nəfəri Yardımlı rayonlarının payına düşür.
Laboratoriya müdirinin açıqlamasına görə, bölgədə QİÇS-ə yoluxma halı ilk dəfə 2000-ci ildə Lənkəranda aşkarlanıb. Ötən 10 il müddətində bu xəstəlikdən 29 nəfər dünyasını dəyişib:”QİÇS əsasən miqrantlar arasında yayılmış xəstəliklərdən biridir. Ona görə də hesab edirəm ki, 6 aydan çox respublikadan kənarda olan şəxslər mütləq laboratoriya müayinəsindən keçməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR