Bank Of Baku

Komitə sədri: “Azərbaycanda soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı təklifə Milli Məclisin yaz sessiyasında baxıla bilər”

Komitə sədri: “Azərbaycanda soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı təklifə Milli Məclisin yaz sessiyasında baxıla bilər”
# 13 yanvar 2010 15:03 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Azərbaycanda soyad sonluqlarının dəyişdirilməsi ciddi problemlər yaratmayacaq. Bu məsələ müzakirə edilib və qərara alınıb ki, soyadların dəyişdirilməsi ilə bağlı dörd forma təklif olunsun. Bu məsələ ilə bağlı yaradılan komissiya yekun iclasını gələn həftə keçirəcək”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri, soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı yaradılan komissiyanın üzvü Nizami Cəfərov bildirib. Komissiya üzvünün sözlərinə görə, hazırda Azərbaycan əhalisinin 70, 80 fazi “ov”, “yev” soyadını daşıyır: “Əsas məsələ odur ki, “ov”, “yev”dən canımızı qurtara bilək”.

N. Cəfərov soyadların dəyişdirilməsi ilə bağlı təklif olunan formaların “lı” dörd variantda, “şəkilçisiz”, “oğlu”, “gil” və “soy” sonluqları olduğunu bildirib. Komitə sədri deyib ki, soyadların dəyişdirilməsi ilə bağlı təkliflər tezliklə Milli Məclisə göndərilərsə, yaz sessiyasında məsələyə baxıla bilər: “Təkliflər qəbul olunarsa, bunla bağlı veriləcək prezident sərəncamı qüvvəyə minəndən sonra doğulan uşaqlara yeni soyadlar veriləcək. Əhalinin başqa qrupları isə soyadlarını dəyişdirməkdə sərbəst olacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR