Bank Of Baku

Gəncədə fənn olimpiadasının ikinci mərhələsi keçirilib

Gəncədə fənn olimpiadasının ikinci mərhələsi keçirilib
# 13 yanvar 2010 20:07 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhər Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilən fənn olimpiadasının ikinci turunda 112 məktəbli iştirak edib.

Gəncə şəhər Təhsil İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, olimpiadanın 2-ci turunda Gəncə məktəbliləri ilə yanaşı, Xocalı rayonundan olan 12 şagird də iştirak edib.

Olimpiadada iştirak edən 9 və 11-ci sinif şagirdləri Azərbaycan tarixi, Azərbaycan dili-ədəbiyyat, fizika, riyaziyyat, biologiya, kimya və informatika fənləri üzrə sualları cavablandırıblar. Olimpiadada təqdim olunmuş suallar Təhsil Nazirliyinin tövsiyələri əsasında tərtib olunub.

Qeyd edək ki, fənn olimpiadasının ikinci mərhələsinin nəticələri bir həftədən sonra məlum olacaq. Hər fənn üzrə qalib gələn şagirdlər mart ayında Bakıda keçiriləcək Respublika Fənn Olimpiadalarına vəsiqə əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR