Bank Of Baku

Sumqayıtda güzəştsiz əhalinin 56,6%-i su sayğacı ilə təmin edilib

Sumqayıtda güzəştsiz əhalinin 56,6%-i su sayğacı ilə təmin edilib
# 14 yanvar 2010 07:51 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın Sumqayıt şəhərində güzəştsiz əhalinin 56,6%-i su sayğacı ilə təmin edilib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Ötən ilin dekabr ayında şəhərin güzəştsiz əhalisinə 452,3 min manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 294,2 min manat dəyərində ödəniş olub ki, bu da 65% təşkil edir. Ödənişdə iştirak etmiş abonentlərin sayı isə 42 940 nəfərdir.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 67 684 nəfər abonent var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR