Bank Of Baku

Bakıda tullantıların idarə edilməsi sahəsində işçi qrupu yaradılıb

Bakıda tullantıların idarə edilməsi sahəsində işçi qrupu yaradılıb
# 14 yanvar 2010 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Təmiz Şəhər» ASC-nin təşəbbüsü ilə Bakı şəhəri və ətraf qəsəbələrdə əmələ gələn bərk məişət tullantılarının Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınma sisteminin təkmilləşdirilməsi, çeşidlənməsi, yerləşdirilməsi və emalı ilə bağlı qanun pozuntuların aşkarlanması, tullantıların idarə edilməsi ilə bağlı digər problemlərin həlli istiqamətində görüləcək tədbirlərin aidiyyəti qurumlar arasında əlaqələndirilməsi məqsədilə işçi qrupu təsis edilib.
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, işçi qrupa «Təmiz Şəhər» ASC-nin nümayəndəsi ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də daxildir.
Görüləcək işlərin Tədbirlər Planının tərtib olunması üçün yaxın günlərdə işçi qrupunun birinci iclası keçiriləcək. Tədbirlər Planına bərk məişət tullantılarının qanunsuz tullantı ərazilərinə daşınmasının, tullantıların utilizasiyası sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması, tullantıların səmərəli təkrar emalının təşkili, məişət tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması, eləcə də paytaxt sakinlərinin ictimai dəstəyinin gücləndirilməsi tədbirlərinin daxil edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, «Təmiz şəhər» ASC məişət tullantılarının toplanması, emalı və utilizayası üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması məqsədilə təsis olunub. ASC Bakı şəhər İcra Hakimiyyəti Kommunal-Məişət Təsərrüfat Departamentinin bazasında yaradılıb. Bu müəssisənin mülkiyyətçisinin funksiyaları Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə tapşırılıb, İqtisadi İnkişaf Nazirliyi isə ASC-nin fəaliyyətinin normativ bazasını və nizamnaməsini, mənfəəti (zərəri) haqqında illik hesabat hazırlayır, eləcə də İdarə Heyəti və Müşahidə Şurasının sədri və üzvlərini təyin edir. Hazırda «Təmiz şəhər» ASC-nin nizamnamə kapitalı 500 min manat təşkil edir ki, yaxın gələcəkdə bu rəqəm 1 mln. manata çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR