Bank Of Baku

Rusiya alkoqollu içkilərin istehlakını iki dəfə azaltmaq niyyətindədir

Rusiya alkoqollu içkilərin istehlakını iki dəfə azaltmaq niyyətindədir
# 14 yanvar 2010 09:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Rusiya əhalisi 10 il ərzində alkoqollu içkilərinin istehlakını 2 dəfə azaltmaq niyyətindədir.

«APA-Economics»in RBK-ya istinadən verdiyi məlumata görə, Rusiya hökuməti tərəfindən artıq imzalanmış antialkoqol konsepsiyasına müvafiq olaraq 2020-ci ilədək alkoqollu içkilərin istehlakının 55% azaldılacağı gözlənilir.

Konsepsiyanın icrasına yaxın 3 il ərzində başlanacaq. Artıq 2014-cü ilədək Rusiya əhalisinin alkoqollu içkilərin istehlakını 15% azaldacağı proqnozlaşdırılır.

İstehlakın qarşısının alınmasına dair görüləcək tədbirlər sırasında alkoqollu içkilərin istehsalı və satışında bir neçə dəfə qanun pozuntusu aşkarlanarsa, cinayət məsuliyyətinin tətbiqi və alkoqollu içkilərin reklamının kəskin məhdudlaşdırılması mövcuddur. Bundan başqa, alkoqollu içkilərin istehlak strukturunda tünd içkilərin də payı azaldılacaq.

Rusiyanın Nazirlər Kabinetinin fikrincə, əsas məqsədlərdən biri də alkoqollu içkilərin qeyri-qanuni bazarının ləğv edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR