Bank Of Baku

Həmkarlar İttifaqları Konfederasiyasında 20 yanvar şəhidlərinin ailələri ilə görüş keçirilib - FOTO

Həmkarlar İttifaqları Konfederasiyasında 20 yanvar şəhidlərinin ailələri ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 14 yanvar 2010 09:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 20 yanvar şəhidlərinin ailələri ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə çıxış edən konfederasiyanın sədri Səttar Mehbalıyev 20 yanvar hadisələrindən 20 il ötdüyünü və şəhidlərin daim xalqın qəlbində yaşayacağını deyib. O, 20 yanvar şəhidlərinin ailələrinə hər zaman dövlət qayğısı olduğunu və bununla bağlı prezident sərəncamlarının imzalandığını vurğulayıb: “Biz də gündəlik fəaliyyətimizdə şəhid ailələrinə yardımlar göstərilməsi, güzəranlarının daha da yaxşılaşdırılması, sosial problemlərinin həll edilməsi istiqamətində mütəmadi olaraq addımlar atırıq. Bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik”.

Görüşdə şəhid ailələrinin nümayəndələri də çıxış ediblər. Sonda 125 şəhid ailəsinə maddi yardım göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR