Bank Of Baku

Azərbaycan paytaxtında Qız qalasının yanında yerləşən binanın söküntüsü başa çatıb - FOTOSESSİYA

Azərbaycan paytaxtında Qız qalasının yanında yerləşən binanın söküntüsü başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 14 yanvar 2010 09:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Neftçilər prospekti, 95/97 ünvanında yerləşən tarixi binanın söküntüsü başa çatıb. Binanın yerinə əraziyə yaşıl örtük döşənib. APA-nın məlumatına görə, söküntü işləri başa çatan kimi ərazi təmizlənib, bunun ardınca isə yaşıl örtüyün döşənməsinə başlanıb. Yaşıllaşdırma işlərinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsən nəzarət edib. Əraziyə gətirilən çoxlu sayda işçi qüvvəsinə yaşıllaşdırma işinin bir gün ərzində başa çatdırılması tapşırılıb.

Səbail rayon İcra Hakimiyyətinin rəsmiləri APA-nın əməkdaşı ilə söhbətlərində sökülən binanın yerində yaşıllaşdırmanın aparılmasının əraziyə xüsusi görüntü verəcəyini deyiblər. Onlar, həmçinin yaşıllaşdırılan ərazinin yanından İçərişəhərə (“Muğam” klub istiqamətinə) avtomobil yolunun olduğunu, həmin yolun artıq asfaltlandığını deyiblər.

Qeyd edək ki, UNESCO-nun memarlıq abidələri siyahısına salınmış bina qəzalı vəziyyətdə olduğu üçün sökülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR