Bank Of Baku

Misir Mərdanov: “Azərbaycanda lisenziyasız fəaliyyət göstərən bağça qalmayacaq”

Misir Mərdanov: “Azərbaycanda lisenziyasız fəaliyyət göstərən bağça qalmayacaq”
# 14 yanvar 2010 09:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bakıda qanunsuz fəaliyyət göstərən bağçalarla bağlı problem həll olunmaq üzrədir. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, nazirliyin Vergilər Nazirliyinə müraciətindən sonra bu qurum tərəfindən müvafiq tədbirlər görülüb. “Azərbaycanda lisenziyasız fəaliyyət göstərən bağça qalmayacaq” deyən nazir bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin yeni təsdiq etdiyi “Məktəbə hazırlıqla bağlı qaydalar”la əlaqədar daha bir neçə qayda təsdiqlənməlidir. Bu qaydalar təsdiq olunandan sonra nazir məktəbə hazırlığın təşkili ilə bağlı geniş mətbuat konfransı keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR