Bank Of Baku

Ali təhsildə maliyyələşmə mexanizmləri mövzusunda seminar keçirilib - FOTOSESSİYA

Ali təhsildə maliyyələşmə mexanizmləri mövzusunda seminar keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 14 yanvar 2010 09:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyi və Dünya Bankının təşkilatçılığı ilə ali təhsildə maliyyələşmə mexanizmləri üzrə seminar keçirilib. APA-nın məlumatına görə, seminarda Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Litva Elm və Təhsil Nazirliyinin nümayəndələri, Azərbaycandakı ali məktəb rektorları iştirak edib.

Təhsil naziri Misir Mərdanov hazırda Azərbaycanda 53 ali təhsil müəssisəsi olduğunu (37-si dövlət, 16-sı qeyri-dövlət) deyib. Dövlət ali təhsil müəssisələrində 121634 nəfər təhsil alır. Onlardan 57753 nəfəri ödənişsiz, 63881 nəfəri isə ödənişli əsaslarla təhsil alanlardır. Dövlət ali məktəblərində hər müəllimə 9,5 tələbə düşür. Özəl ali məktəblərdə isə 20063 nəfər tələbə təhsil alır. Bu təhsil müəssisələrində hər müəllimə 10 tələbə düşür.

M. Mərdanovun sözlərinə görə, son iki ildə Azərbaycanda təhsilə ayrılan vəsait artaraq 1,1 milyard manata çatıb. Bu, 2003-cü illə müqayisədə 5 dəfə çoxdur. Ötən il dövlət büdcəsindən təhsilə ayrılan xərclər 121,4 milyon manat təşkil edib. Hazırda dövlət proqramı əsasında 1261 nəfər azərbaycanlı gənc dünyanın 28 ölkəsindəki ali təhsil müəssisələrində təhsil alır. Ötən il azərbaycanlı gənclərin xaricdə təhsilinə dövlət tərəfindən 8,75 milyon manat ayrılıb.

M. Mərdanov ali təhsildə maliyyələşmə mexanizmlərinin səmərəliliyini artırmaq üçün bir neçə təklif irəli sürdüklərini açıqlayıb: “Ali təhsillə bağlı dövlət sifarişi və hər il hər bir tələbəyə düşən adambaşına normativ məbləğlər müəyyən olunmalı, Nazirlər Kabineti bunları təsdiq etməlidir. Biz təklif edirik ki, dövlət sifarişi hesabına maliyyələşmə üçün qəbul imtahanlarında hər ixtisas üzrə yüksək müsabiqə balı müəyyən edilsin, dövlət hesabına ali təhsil almaq hüququ qazanan tələbələrə istənilən ali təhsil müəssisəsini seçmək imkanı verilsin, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla tələbə qəbulunun həddi müvafiq ixtrisaslar üzrə dövlət sifarişlərinin hesabına qəbul olunmuş tələbələrin sayından artıq olmasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR