Bank Of Baku

Ötən il Azərbaycanda ətraf mühiti çirkləndirən 4 obyektin fəaliyyəti dayandırılıb

Ötən il Azərbaycanda ətraf mühiti çirkləndirən 4 obyektin fəaliyyəti dayandırılıb
# 14 yanvar 2010 10:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu il ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 3075 akt və protokol tərtib olunub. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 869 icrası məcburi olan göstəriş verilib. ETSN-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 885 iş üzrə 1546401,6 manat məbləğində cərimə tətbiq edilib, ondan 268039,66 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 706 iş üzrə 2211844,72 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 3841 iş üzrə 814500,49 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 96 işdən 38-nə, məhkəmələrə göndərilən 149 işdən 101-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilən 559 işdən 79-na baxılaraq müvafiq tədbir görülüb. 4 obyektin fəaliyyəti dayandırılıb.

Ötən il su ehtiyatlarının mühafizəsi üzrə 267 akt və protokol tərtib olunub, 120 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 71 iş üzrə 175430 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 21 iş üzrə 114450 manat məbləğində iddia qaldırılıb. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına və məhkəməyə göndərilmiş 5 işə, məhkəməyə göndərilmiş 1 işə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 50 işdən 17-nə baxılaraq müvafiq tədbir görülüb. 3 obyektin fəaliyyəti dayandırılıb.

Atmosfer havasının mühafizəsi sahəsində yol verilən qanun pozuntularına görə isə 1 obyektin fəaliyyəti dayandırılıb.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 106 akt və protokol tərtib olunub, 12 icrası məcburi olan göstəriş verilib.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 83 akt və protokol tərtib olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR