Bank Of Baku

Azərbaycanın Qazax və Saatlı rayonlarında yeni seysmoloji stansiyalar istifadəyə veriləcək

Azərbaycanın Qazax və Saatlı rayonlarında yeni seysmoloji stansiyalar istifadəyə veriləcək
# 14 yanvar 2010 15:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Respublika Seysmoloji Xidmət Mərkəzi yanvarın 17-də Qazax rayonunda, gələn həftə isə Saatlı rayonunda yeni seysmoloji stansiyalar istifadəyə verəcək. Bu barədə APA-ya Mərkəzin direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, bununla, Azərbaycan ərazisində mövcud seysmoloji stansiyaların sayı 21-ə çatacaq: “Seysmoloji stansiyalar peyk rabitəli, telemetrik stansiyalardır. Bununla da, bölgələrdə baş verən bütün təkanlar hər saniyə Mərkəzə ötürüləcək”.

Q. Yetirmişli deyib ki, gələcəkdə Azərbaycan ərazisindəki seysmoloji stansiyaların sayının 30-a çatdırılacağı gözlənilir: “Bu il maliyyə vəsaiti ayrılarsa, qalan 9 stansiyanın tikilməsinə başlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR