Bank Of Baku

Almaniya səfirliyi Şamaxıdakı əlillər evində müasir hamam və sanitar qovşaqlarının tikintisini maliyyələşdirib

Almaniya səfirliyi Şamaxıdakı əlillər evində müasir hamam və sanitar qovşaqlarının tikintisini maliyyələşdirib
# 14 yanvar 2010 19:07 (UTC +04:00)
Bakı – APA. Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin maddi dəstəyi ilə Şamaxıdakı əlillər evində əlillərin ehtiyaclarına cavab verən müasir avadanlıqlarla təchiz edilmiş hamam və sanitar qovşaqlar tikilir.

Səfirlikdən APA-ya verilən məlumata görə, bu layihə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.

Almaniyanın Azərbaycandakı səfiri cənab Dr. Peer K.Stankina yanvarın 15-də saat 11:00-da həmin əlillər evinə baş çəkəcək və yeni hazırlanmış otaqları əlillər evinin istifadəsinə veriləcək.

Almaniya səfirliyi habelə əlillər evində çalışacaq yüksək ixtisaslı sosial işçini də maliyyələşdirir. Səfirin xanımı Kanta Stankina əlillərin həyat şəraitlərinin daha da yaxşılaşdırılması məqsədilə bu və digər tədbirlər üçün himayəçiliyi öz üzərinə götürüb. Bununla da “German Bazar Project” çərçivəsində əlillər evinin 100-dən artıq sakininə həkimlər tərəfindən tibbi yardım göstərilib. Bu iş “Caspian Compassion Project”in maddi dəstəyi ilə baş tutub.

“German Bazar Project” əlillər evi üçün Almaniyadan 100 ədəd yeni isti adyal da gətirib. Yaxın gələcəkdə əlillər evinə həmçinin yeni çarpayı və matraslar da veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR