Bank Of Baku

“Donuz qripi”nə qarşı vaksinin ikinci partiyası Azərbaycana gətirilib

“Donuz qripi”nə qarşı vaksinin ikinci partiyası Azərbaycana gətirilib
# 15 yanvar 2010 08:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycana A/H1N1 virusuna (“donuz qripi”) qarşı birinci mərhələdə göndərdiyi vaksinin ikinci hissəsi ölkəyə gətirilib. Bu barədə APA-ya ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Vüsalə Allahverdiyeva bildirib. Onun sözlərinə görə, hazırda vaksinlər gömrükdən keçirilir. Bundan sonra vaksinlərin dəqiq miqdarını söyləmək mümkün olacaq. V. Allahverdiyeva deyib ki, birinci mərhələdə Azərbaycana 172 min doza vaksin göndərilməsi nəzərdə tutulmuşdu. Vaksinlərin birinci hissəsi - 90 min doza peyvənd yanvarın 8-də, ikinci hissəsi isə dünən ölkəyə gətirilib.

ÜST təmsilçisi deyib ki, Azərbaycanda artıq peyvəndləmə kampaniyası başlayıb. Bu mərhələ 3-4 həftə davam edəcək. Bu mərhələnin yekunu olaraq növbəti mərhələdə Azərbaycana göndəriləcək vaksinlərin miqdarı müəyyənləşdiriləcək. Ümumilikdə Azərbaycana “donuz qripi” əleyhinə 5 mərhələdə 882 min doza vaksin göndərilməsi nəzərdə tutulub. Bu isə ölkə əhalisinin təxminən 10 faizini əhatə edir.

Qeyd edək ki, Azərbaycana göndərilən vaksinlər Belçikanın “Qlakso Smit Klayn” şirkəti tərəfindən Kanadada istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR