Bank Of Baku

Azərbaycan Dillər Universiteti ilə Hacəttəpə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

Azərbaycan Dillər Universiteti ilə Hacəttəpə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb - <font color=red>FOTO</font>
# 15 yanvar 2010 11:11 (UTC +04:00)
Bakı-APA. Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Dillər Universiteti (ADU) və Türkiyənin Hacəttəpə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə APA-ya ADU-nun mətbuat xidmətindən bildirilib. İmzalanma mərasimində ADU-nun rektoru, professor Səməd Seyidov, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, ADU-nun nümayəndə heyəti, Hacəttəpə Universitetinin rektoru, professor Uğur Erdenerin rəhbərlik etdiyi nümayəndə heyəti, Strasburq Universitetinin və Fransanın Türkiyədəki səfirliyinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Hacəttəpə Universitetinin rektoru, professor Uğur Erdener qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında olan münasibətlər hər sahədə olduğu kimi təhsil sahəsində də sürətlə inkişaf edir və bu cür layihələrin həyata keçirilməsi ölkələrarası münasibətlərin inkişaf dinamikasına öz töhfələrini verəcək.
ADU-nun rektoru, professor Səməd Seyidov çıxışında universitetlərarası bu əməkdaşlığı sevindirici hal kimi qiymətləndirib və ADU, Hacəttəpə və Strasburq Universitetləri arasında olan əməkdaşlığın davamının da olacağını vurğulayıb.
Səfir Zakir Həşimov ADU ilə Hacəttəpə Universiteti arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Qeyd edək ki, müqavilənin imzalanmasında məqsəd universitetlərarası əməkdaşlığı gücləndirmək, elm və təhsil səviyyəsini təkmilləşdirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR