Bank Of Baku

Son iki ildə Bakıda bağçalara yeni uşaqların qəbul olunması üçün növbələr yaranıb

Son iki ildə Bakıda bağçalara yeni uşaqların qəbul olunması üçün növbələr yaranıb
# 15 yanvar 2010 13:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu isə 1394 qrup deməkdir. Bu qruplarda 31037 uşaq təlim-tərbiyə prosesinə cəlb olunub”. Bu barədə APA-ya BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, hazırda idarənin tabeliyində 1000-ə yaxın qrup tam istifadəsiz vəziyyətdədir: “Bu qruplardan 700-ə yaxınında qaçqın və məcburi köçkünlər məskunlaşıb, 270-ə yaxın qrupda təhsilə aid olmayan təşkilatlar yerləşib, 30-a yaxın qrup isə təmirsiz vəziyyətdə olduğundan istifadə edilmir”.

Z. Əliqızının sözlərinə görə, hətta bu qruplar fəaliyyət göstərsələr belə, Bakıdakı məktəb yaşlı uşaqların yalnız 52 min nəfərini, başqa sözlə 50 faizini bağçalara cəlb etmək mümkündür: “Son iki ildə Bakıda bağçalara çox böyük tələbat yaranıb. Son iki ildə paytaxtda bağçalara yeni uşaqların qəbul olunması üçün növbələr yaranıb. Hələlik biz bu problemi həll edə bilmirik”. Z. Əliqızı deyib ki, vəziyyətdən çıxış yolu kimi BŞTİ iki variant təklif edir: “Ölkə prezidentinin sərəncamı ilə 113 bağça özəlləşməyə açıq elan olunub. Onlardan 48-i özəlləşib, bunlardan isə yalnız 6-sı fəaliyyət göstərir. Bağçalar ona görə özəlləşdirilirdi ki, uşaqlar üçün alternativ yollar yaransın. Buna görə də həmin obyektlərin bağça kimi fəaliyyət göstərməsinə diqqət yetirilməlidir. Digər variant isə hökumət tərəfindən yeni məktəbəqədər təhsil müəssisələrinin tikilməsidir. Hazırda buna böyük ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR