Bank Of Baku

Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib - FOTO

Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib - <font color=red> FOTO</font>
# 15 yanvar 2010 16:21 (UTC +04:00)
Bakı – APA. Yanvarın 15-də Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Şuranın 2009-cu il fəaliyyətinə aid hesabatı müzakirə olunub.

İclasda qrantın alınması (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydalarına əsasən qrant müqavilələrinin notarial qaydada təsdiq olunması məsələsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Ədliyyə Nazirliyinə qeydiyyat üçün təqdim edilən qrant müqavilələrinin notarial qaydada təsdiq edilməsi maddəsinin dəyişdirilməsi üçün Şura tərəfindən müvafiq təkliflərin hazırlanması qərara alınıb.

İclasda QHT-lərin öz fəaliyyəti haqqında Maliyyə Nazirliyinə illik maliyyə hesabatı verməsi ilə bağlı QHT-lər haqqında qanunun müvafiq müddəasının həyata keçirilməsi məsələsi də müzakirə edilib. Bu sahədə bir sıra çətinliklərin olduğu vurğulanıb. Qeyd edilib ki, hesabatların forma və məzmunu ilə bağlı bir sıra məsələlər QHT mühasibatlığı üçün yenidir. Həmçinin, hesabat formalarının təkmilləşdirilməsinə və bu yöndə QHT-lərin hazırlığının artırılmasına ehtiyac var. Bunun üçün QHT-lərə treninqlərin keçirilməsinin vacibliyi qeyd edilib. Bütün bu hazırlıq işlərinin həlli üçün müəyyən vaxtın lazım olması vurğulanaraq, QHT maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim edilməsinə 1 aprel 2011-ci ildən başlanması üçün təkliflərin hazırlanması qərara alınıb.

İclasda QHT-lərin dövlət qeydiyyatı ilə bağlı məsələ də müzakirə olunub. Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəisi, Şura üzvü İlqar Məmmədov QHT-lərin qeydiyyatı ilə bağlı arayış verərək, Şura üzvlərinin suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR