Bank Of Baku

TQDK-nın Quba regional bölməsində elmi-metodiki seminarlar keçiriləcək

TQDK-nın Quba regional bölməsində elmi-metodiki seminarlar keçiriləcək
# 16 yanvar 2010 04:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Yanvarın 16-17-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Quba regional bölməsində fizika, Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat fənləri üzrə elmi-metodiki seminarlar keçiriləcək. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Xüsusi internet proqramlarının tətbiqi sayəsində iclas salonundan TQDK-nın inzibati binası ilə canlı videobağlantı qurulacaq və müzakirələrə Komissiyanın rəhbərliyi də qoşulacaq. Tədbir iştirakçıları TQDK rəhbərliyinə qəbul imtahanlarının təşkili, imtahanda istifadə edilmiş test tapşırıqları, qəbul proqramları barədə fikirlərini, rəy və təkliflərini bildirəcək, onlar üçün maraq doğuran məsələlərə dair suallar ünvanlayacaqlar.

Seminarlarda Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən və digər yaxın rayonların müəllimləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcək. Müəllimlərə qəbul proqramlarındakı, dərsliklərdəki dəyişiklik və əlavələr barədə məlumat veriləcək. 2009-cu ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları elmi-metodiki cəhətdən təhlil olunacaq. Bundan başqa, test tərtibi metodikası, testologiya ilə bağlı fikir mübadiləsi aparılacaq, hər fənnin xüsusiyyətinə uyğun olaraq test tərtibinə qoyulan tələblər ətraflı izah olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR