Bank Of Baku

Azərbaycan Gənclər və İdman Nazirliyi ağacəkmə kampaniyasına start verib - FOTO

Azərbaycan Gənclər və İdman Nazirliyi ağacəkmə kampaniyasına start verib - <font color=red>FOTO</font>
# 16 yanvar 2010 10:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Gənclər və İdman Nazirliyi bu gün ağacəkmə kampaniyasına start verib. APA-nın məlumatına görə, bu gün Hövsan Olimpiya Kompleksinin ətrafında gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə başlanan kampaniya çərçivəsində 1000-dən artıq ağac əkilib.

Gənclər və İdman Nazirliyi aparatının rəhbəri Fuad Hacıyev bildirib ki, anoloji tədbirlər regionlardakı idman mərkəzləri və 23 Olimpya Kompleksinin ətrafında da aparılır.

«Çalışırıq ki, «Ekologiya ili» elan edilməsi ilə əlaqədar bu il biz də müəyyən işlər həyata keçirək. Bu aksiya Gənclər və İdman Nazirliyinin bütün rayonlardakı idarələri tərəfindən həyata keçirilir və davam etdiriləcək».

Ağacəkmə kampaniyasında Gənclər və İdman Nazirliyinin aparatı, rayon şöbələri ilə yanaşı müxtəlif gənclər təşkilatlarının üzvləri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR