Bank Of Baku

Dövlət Gömrük Komitəsi ötən il 17 xidməti it alıb

Dövlət Gömrük Komitəsi ötən il 17 xidməti it alıb
# 16 yanvar 2010 10:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Gömrük Komitəsi ötən il 17 xidməti it alıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bununla da komitənin Kinoloji Mərkəzindəki itlərin sayı 39-a çatdırılıb. Əldə olunan itlərdən Naxçıvan Dövlət Gömrük Komitəsi üçün 1, Astara Gömrük İdarəsi üçün 2, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi üçün 5, Bakı Baş Gömrük İdarəsi üçün 1, Xaçmaz Gömrük İdarəsi üçün 1 xidməti it narkotiklərin axtarışı üzrə təlim olunaraq hazırlanıb.

Komitədən bildirilib ki, 2009-cu ildə kinoloji itlərin tətbiqi nəticəsində 10 narkotik qaçaqmalçılığı faktı aşkar olunub və bu faktlar üzrə külli miqdarda narkotik qanunsuz dövriyyədən götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR