Bank Of Baku

Ötən il Xəzər dənizində ekoloji vəziyyətlə bağlı 1371 monitorinq keçirilib

Ötən il Xəzər dənizində ekoloji vəziyyətlə bağlı 1371 monitorinq keçirilib
# 18 yanvar 2010 07:28 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2009-cu il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda, 955,08 kilometrlik sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə təşkil edilən 4 ekspedisiyada iştirak etməklə 1371 ekoloji monitorinq keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı götürülən 4152 su və qrunt nümunələri üzərində 33553 kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji təhlillər aparılıb.
Keçirilən monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi olan 341 axar qeydə alınıb ki, onlardan 310-u sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir. Bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılmış və qeydə alınmış ekoloji problemlər haqqında məlumatlar toplanaraq idarə tərəfindən buraxılan bülletenlər vasitəsi ilə aidiyyəti orqanlara çatdırılıb.

Pirallahı-Sumqayıt sahil zolağı boyu 85 kilometrlik məsafədə Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və çirkab suların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə 16 ədəd modul tipli lokal təmizləyici qurğu quraşdırılaraq müvafiq bələdiyyələrin balansında istismara verilib. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən istismara verilib qurğulara mütəmadi monitorinq nəzarəti həyata keçırilmiş və qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində təhlillər aparılaraq onların keyfiyyət göstəriciləri haqqında məlumatlar Nazirliyin aidiyyəti qurumlarına təqdim olunub.

Bilgəh qəsəbəsinin sahil zolağında quraşdırılmış, gündəlik gücü 500 m3 olan bioloji təmizləyici qurğunun fəaliyyəti nəticəsində Bilgəh Kardioloji Sanatoriyasında və ona yaxın müəssisələrdə formalaşan çirkab suların yol verilən qatılıq həddinə qədər təmizlənməsinə nail olunub. 2009-cu ildə çimərlik mövsümi ilə əlaqədar Bakı şəhər Sanitar Gigiyena İdarəsinin əməkdaşları ilə keçirilən birgə monitorinq zamanı dənizdən götürülmüş su nümunələri üzərində aparılmış mikrobioloji təhlillərin nəticəsi qənaətbəxş olub.

Belə ki, ötən illərlə müqayisədə qeyd olunan ərazidə (dənizdə) mikrobioloji baxımdan çirklənmə qeydə alınmayıb.

Mərdəkan qəsəbəsinin sahil zolağında yerləşən “Qızıl qum” istirahət mərkəzlərinin yaxınlığında iki çirkab su gölməçələrinin qurudulmasına xidmət edən gündəlik gücü 150 m3 olan bioloji təmizləyici qurğu artıq öz səmərəsini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR