Bank Of Baku

Sumqayıtda 10 min ağac əkilib

Sumqayıtda 10 min ağac əkilib
# 18 yanvar 2010 08:15 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yanvar ayının 9-dan şəhərin müxtəlif ərazilərində iməciliklərin keçirilməsinə başlanıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Yanvarın 16-da keçirilən növbəti iməcilikdə şəhərin bir sıra idarə, müəssisə və təşkilatı iştirak edib. İməcilik zamanı şəhərin H.Əliyev prospektində, Şirvan yaşayış massivində, Sülh və Metallurq küçələrində, 5-ci və 18-ci məhəllələrdə, eyni zamanda məktəb və xəstəxanaların ətraf ərazilərində ümumilikdə 5 min ağac əkilib.

Qeyd edək ki, yanvar ayının əvvəlindən bu günədək ümumilikdə Sumqayıt şəhərinin ərazisində təxminən 10 min ağac əkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR