Bank Of Baku

Azərbaycanlı tədqiqatçı Braziliyadakı Amazon hövzəsində araşdırma aparıb - FOTO

Azərbaycanlı tədqiqatçı Braziliyadakı Amazon hövzəsində araşdırma aparıb - <font color=red>FOTO</font>
# 18 yanvar 2010 09:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 14 ildir, Qafqaz Amazonlarının tarixini araşdıran Almaniyada N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru, şairə Nuridə Atəşi hazırda Braziliyada Amazon körfəzini araşdırır. Bu barədə APA-ya N. Atəşi özü məlumat verib. “Sahəsinə görə Avropadan 2 dəfə böyük olan və “Braziliyanın ürəyi” sayılan bu yer nədən Amazon körfəzi adlanır? Doğrudanmı dünyanın ən böyük çayı Nil yox, məhz Amazondur? Necə olub ki, bu nəhəng ölkənin 60 faiz torpaqları Amazon adlanır? Nədən Amazonlar bu ölkədə bu qədər məşhur olublar? Niyə onların adına böyük banklar, teatrlar, parklar, yüzlərlə şirkət var? Nəyə görə Amazon körfəzinin paytaxtı Manaus şəhərində dövlət Parlamentinin önündə Amazonların heykəlləri qoyulub, möhtəşəm binalarda rəsmləri asılıb? Amazonların şöhrəti Braziliyaya necə gedib çıxıb? Bütün bu suallara cavab tapmaq üçün Qafqazın ilk Amazon tədqiqatçısı kimi bir neçə gün Braziliyada tədqiqat səfərində olmuşam. Amazon torpaqlarının paytaxtı Manaus şəhərindəki muzeylərə, arxivlərə baş vurduqdan sonra Amazon cəngəlliklərində yaşayan, sivilizasiyadan uzaq hindu qəbilələri ilə tanış olub, onlardan bu torpaqların tarixinə aid çoxlu məlumatlar toplamışam”, - deyə N. Atəşi vurğulayıb.

Tədqiqatçı Braziliyadakı körfəzə Amazon adının verilməsi ilə bağlı versiyanı da açıqlayıb: “Belə ki, 1541-ci ilə ispan kapitanı San Fransisko Orianda öz ekspedisiya qrupu ilə bu torpaqlara gəlib çıxıb. Qəfildən onların qarşısını ox-yayla silahlanmış bir dəstə qadın kəsib. Kapitan qadın olduqlarına görə onları düşmən zənn etməyib və keçib getmək istəyib. Lakin savaşçı qadınlar onların üzərinə hücum edərək hamısını tərksilah ediblər. O zaman kapitan “Bunlar əsl savaşçı Amazonlardır” deyərək o torpaqlara Amazon (Amazonien) adını verib. İlk vətənləri olan Cənubi Qafqazdan kiçik Asiyaya, daha sonra Yunanıstana yayılan Amazon qadınlarına yunanlar sahib çıxıb, onları öz əsatirlərinə, incəsənət əsərlərinə salaraq şöhrətlərini yunan qadınları adı ilə bütün dünyaya yayıblar”.

N. Atəşinin sözlərinə görə, son 3 ildə braziliyalılar Amazon çayını ölçərək, dünyanın ən böyük çayının Nil deyil, məhz Amazon (Amazonas) olduğunu iddia edirlər: “5-6 km yanaşı axan, biri ağ, digəri isə qara rəngdə olan Rio Neqro və Rio Soleoim çayları möcüzəli şəkildə birləşmədən nəhəng Amazon çayının mənbəyini yaradır”.

Hazırda Amazonlar haqqında tarixi-bədii və sənədli filmin ssenarisini, eyni zamanda Qafqaz Amazonları haqqında doktorluq işini tamamlamaqda olduğunu qeyd edən N. Atəşi bildirib ki, Braziliyadakı Amazon körfəzinə səyahət etməsi, bilavasitə tədqiq etməsi tədqiqatını və yaradıcılığını çox zənginləşdirib.

N. Atəşi Amazonların Qafqaz qadınlarının, xüsusilə bugünkü Azərbaycan qadınlarının əcdadları, onların ilk məskənlərinin isə Azərbaycan və Qarabağ torpaqları olmasını bütün dünyaya isbat edəcək yetərli elmi, arxeoloji, tarixi faktlara mailk olduğunu bildirib: “Amazonların dünyada yeganə mağarası olan Qobustan, xüsusilə Ana Zağa əsl Amazon Mağarasıdır”.

Hazırda Bakıda olan tədqiqatçı araşdırmalarını davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR