Bank Of Baku

Azərbaycan ərazisində yağmurlu hava proqnozlaşdırılır, bəzi rayonlarda qar yağacaq

Azərbaycan ərazisində yağmurlu hava proqnozlaşdırılır, bəzi rayonlarda qar yağacaq
# 18 yanvar 2010 09:20 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 7 dərəcəyədək, axşam 4-6 dərəcə isti olacaq.

Yanvarın 19-da havanın buludlu olacağı, gündüz arabir açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-9 dərəcə isti olacaq.

Yanvarın 20-də hava buludlu olacaq, arabir açılacaq. Gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə zəif çiskin olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-8 dərəcə isti olacaq.

Yanvarın 21-də havanın buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 19-da havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Yanvarın 20-də havanın əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, yanvarın 21-də axşam isə ayrı-ayrı yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı 2 gündə isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR