Bank Of Baku

«Təcavüz. Bakı. 20 Yanvar 1990» adlı elektron resursun təqdimatı keçirilib - FOTOSESSİYA

«Təcavüz. Bakı. 20 Yanvar 1990» adlı elektron resursun təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 yanvar 2010 09:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Bakıda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanası tərəfindən hazırlanan «Təcavüz. Bakı. 20 Yanvar 1990» adlı elektron resursun təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, kitabxananın direktoru Mail Əhmədov bildirib ki, resursu hazırlamaqda məqsəd 20 Yanvar hadisələri haqqında məlumatları daha dərindən öyrənmək istəyənlər üçün sistemləşdirilmiş halda məlumat bazası yaratmaqdan ibarətdir. M. Əhmədovun sözlərinə görə, resurs əsasən mətbuat və kitablarda nəşr olunan yazılar əsasında hazırlanıb və 5 fəsildən ibarətdir. Buraya 20 Yanvar hadisələrinin analitik təhlili, 20 Yanvara aparan yolun xronologiyası və s. daxildir. Resursda ilk dəfə olaraq Mirnaib Həsənoğlunun arxivindən istifadə olunub.

Qeyd edək ki, resurs Prezident Administrasiyasının rəhbərinin sərəncamı ilə təsdiq edilmiş 20 Yanvar faciəsinin iyirminci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planına uyğun yaradılıb.

Elektron resurs Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR