Bank Of Baku

Gəncədə plastik qapı-pəncərə hazırlanan emalatxanalarda reyd keçirilib

Gəncədə plastik qapı-pəncərə hazırlanan emalatxanalarda reyd keçirilib
# 18 yanvar 2010 10:01 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncədə yerləşən 2 saylı Dövlət Nəzarəti İdarəsi Gəncədə plastik qapı-pəncərə hazırlayan emalatxanalarda reyd keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, reyd zamanı əksər emalatxanalarda müvafiq standartlara cavab verməyən plastik qapı və pəncərələrin bir neçə növdə hazırlanaraq satıldığı aşkar edilib. Yoxlamalar zamanı məlum olub ki, kustar üsulla hazırlanan bu cür məhsullar insan sağlamlığı üçün əsl təhlükə mənbəyidir.

2 saylı Dövlət Nəzarət İdarəsinin rəis müavini Qasım Hüseynovun verdiyi məlumata görə, reyd zamanı plastik xammaldan götürülən nümunələr Bakıda yerləşən Radiasiya Problemləri İnstitutuna analizə göndəriləcək. Onun sözlərinə görə, əgər bu xammalların tərkibində radiaktiv elementlərin olması sübuta yetirilərsə, onda həmin istehsalçılar və belə mallar satan sahibkarlıq subyektləri haqqında qanuna müvafiq ciddi tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR