Bank Of Baku

Azərbaycan paytaxtında 2015 nəfər “donuz qripi”nə qarşı peyvənd olunub

Azərbaycan paytaxtında 2015 nəfər “donuz qripi”nə qarşı peyvənd olunub
# 18 yanvar 2010 10:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ötən həftə Bakıda 2015 nəfər AH1N1 virusuna (“donuz qripi”) qarşı peyvənd olunub. Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloji şöbəsinin müdiri Emin Babayev bildirib. Onun sözlərinə görə, peyvəndləmə kampaniyasına yanvarın 13-dən başlanıb. Sumqayıt şəhəri və Abşeron rayonunda aparılan peyvəndləməyə isə neçə nəfərin cəlb olunduğu hələlik açıqlanmayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana “donuz qripi”nə qarşı 172 min doza vaksin göndərib. Vaksinlərin birinci hissəsi - 90 min doza vaksin yanvarın 8-də, ikinci hissəsi - 82 min doza vaksin isə yanvarın 14-də ölkəyə gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR