Allahşükür Paşazadə 20 Yanvar faciəsinin günahkarlarının Haaqa məhkəməsinə verilməsi xahişi ilə Azərbaycan Milli Məclisinin sədrinə müraciət edib - FOTOSESSİYA
20 Yanvar hadisələri barədə danışan millət vəkili Mübariz Qurbanlı dünyanın heç yerində 1990-cı ilin yanvarında olduğu kimi, 1 milyon insanın şəhidlərini bu cür dəfn etmədiyini söyləyib. Deputat onu da bildirib ki, Azərbaycan xalqı 20 Yanvardan dərs götürməli və hakimiyyəti naşılara verməməlidir.
Millət vəkili Fəttah Heydərov isə çıxışında böyük qazax yazıçısı Oljas Süleymenovun “Əgər Heydər Əliyev 1988-89-cu illərdə Azərbaycanda olsaydı, 20 Yanvar hadisələri baş verməzdi” fikirlərini xatırladaraq, bunun çox böyük qiymət olduğunu deyib. F. Heydərov 20 Yanvar hadisələri zamanı xalqa dəstək baxımından şeyxülislam Allahşükür Paşazadənin böyük rolunun olduğunu deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov 20 Yanvar hadisələrinin heç bir zaman unudulmayacağını deyib. Komitə sədri 1990-cı ilin 13 -14 yanvarında Bakıda və Sumqayıtda ermənilərə qarşı baş verənlərin Moskva tərəfindən təşkil olunduğunu deyib: “Erməni qırğınını Moskva təşkil etmişdi. Həmin hadisələr baş verəndə azərbaycanlılar ermənilərin xilaskarı kimi çıxış edirdilər. Bu özü böyük faktdır. 20 yanvarda isə əksinə, ermənilər azərbaycanlıların qətlə yetirilməsində iştirak ediblər”.
Millət vəkili Yaqub Mahmudov da 20 Yanvar hadisələrinin lazımınca araşdırılmadığını deyib. Deputat bildirib ki, 20 Yanvar qəhrəmanlıq kimi qeyd olunmalı, hərbi hissələrdə döyüş marşları çalınmalı, “Heyratı” səsləndirilməlidir: “Şəhidlərin məzarına gül qoymaqla işi bitmiş hesab etmək olmaz”. Y. Mahmudov daha sonra 20 Yanvar hadisələrini törədən Mixail Qorbaçova Nobel mükafatının verilməsini dünyanın ikili standartı adlandırıb: “Bu gün Minsk Qrupunun həmsədrlərindən biri olan ölkənin Qarabağda pravoslav kilsəsi açması da ikili standartın nümunəsidir”.
Bakı və Xəzəryanı Yeparxiyanın Yepiskopu Aleksandr Ata isə çıxışında deyib ki, 20 Yanvar Azərbaycan xalqının ən tarixi günlərindən biri, xalqın özünü dərk günüdür.
Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Semyon İxiilov çıxışında deyib ki, Azərbaycan xalqını heç vaxt dizi üstdə çökdürmək olmaz. O, 20 Yanvar hadisələrinin törədilməsində ermənilərin rolunun olması barədə deyilənlərə münasibət bildirərkən “o zaman ermənilər Azərbaycanda yüksək vəzifələrə sahib idilər, onların nəyi yox idi ki, belə hadisələrin törədilməsinə qol qoyublar?”
Konfransda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova müraciət qəbul olunub. Şeyxülislam Allahşükür Paşazadənin imzası ilə parlamentə göndəriləcək müraciətdə 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı böyük bir cinayət olduğu bildirilir: “Bu cinayətə rəvac verən imperiya cəlladı Mixail Qorbaçovu birbaşa ifşa edən açıq müraciətin müəllifi kimi, 20 Yanvar şəhidləri qarşısında öz missiyamın ən mühüm məqamını - həmin faciə günahkarlarının dünya qarşısında ifşasını məntiqi sonluğa çatdırmaqda görürəm. Bütün bunları nəzərə alaraq, Sizə müraciət edib, Azərbaycan vətəndaşlarının hüquq və qanuni mənafelərini müdafiə edən ali orqan kimi qanlı qırğının səbəbkarlarının və əli Azərbaycan xalqının qanına batan cəlladların Haaqa beynəlxalq məhkəməsinə verilməsi üçün vəsatət qaldırmağınızı xahiş edirəm. Dəlil və sübutlar, sənədlər və canlı şahidlərin ifadələri, beynəlxalq hüquq zəminində rəylər əsasında canilərin əməllərinin əsl mahiyyəti dünya ictimaiyyətinə açıqlanmalıdır. Əminəm ki, Azərbaycan Milli Məclisi ədalətin zəfər çalması naminə cinayətkarların cəza alması üçün əlindən gədəni əsirgəməyəcək”.
Sosial
İsa Həbibbəyli: Türkologiyanın elmi modelini ilk dəfə Birinci Türkoloji Qurultay müəyyənləşdirib
Baş prokuror itkinlərlə bağlı Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşüb
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Baş prokuror Xətai rayonunda qəbul keçirəcək
Xəbər Lenti
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İsa Həbibbəyli: Türkologiyanın elmi modelini ilk dəfə Birinci Türkoloji Qurultay müəyyənləşdirib
Baş prokuror itkinlərlə bağlı Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşüb
Əraqçinin müavini: İran və ABŞ arasında texniki görüş bu həftə keçirilməyəcək
Peskov: Lukaşenko Zelenskinin Putinə heç bir mesajını çatdırmayıb
Rusiya ordusu Ukraynanın 400-dən çox PUA-sını vurub
Rəsmi Minsk: Ukrayna sərhədi keçərsə, Belarus bütün hərbi potensialı ilə cavab verəcək
Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçirilib - FOTO
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
AMB: Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar
AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq
Pezeşkian: İran və Qətər 6 milyard dollarlıq aktivin blokdan çıxarılması barədə razılığa gəlib
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub - FOTO - YENİLƏNİB
TDT Baş katibi: Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
AMB: Azərbaycanda 100 mindən çox POS-terminal QR ödənişlərini dəstəkləyir
Ramil Mahmudov: Açıq bankçılıq layihəsi açıq maliyyə modelinə genişləndiriləcək
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandalarının hərbi vətənpərvərlik toplanışı keçirilib
Mərkəzi Bank: Dövlət ödənişlərinin Ani Ödənişlər Sistemi ilə hesablaşmaları 20 dəfədən çox artıb
Niyə bəzi insanlar sığorta təminatını ala bilmirlər?
Bu il yerli ərzaqlıq buğdanın bir tonu 400 manata tədarük olunacaq
Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib
"Rabitəbank"dan 33 illik yubileyinə özəl Nağd pul krediti kampaniyası
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
Baş katib: Bakıda keçirilən toplantı Türk dünyasının tarixində yeni mərhələnin başlandığını göstərir
İran və Oman Hörmüz Birgə Komitəsinin ilk iclasını Məsqətdə keçiriblər
AÖS vasitəsilə emal olunan AzQR ödənişləri üzrə aylıq dövriyyə 40 mln. manata yaxınlaşıb
AMB: Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 mlrd. manatı keçir
"AccessBank" Xəzərdə təmizlik aksiyası keçirib
"Türk Dünyası Həftəsi" çərçivəsində Ağdam və Şuşada tədbirlər keçiriləcək
Şavkat Mirziyoyev: Türkologiya elminin qarşısında yeni vəzifələr meydana çıxır
Azad edilmiş ərazilərdə daha 73 mina, 329 PHS aşkarlanıb
Tokayev: Azərbaycan qardaş xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verir
Sadır Japarov: Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbiri türk xalqlarının dostluğunu daha da möhkəmləndirəcək
Baş prokuror Xətai rayonunda qəbul keçirəcək
Ərdoğan: Azərbaycan bu gün Türk dövlətlərinin ortaq məqsədlərinə töhfə verir
Pakistanın zərbələri nəticəsində Əfqanıstanda 36 nəfər ölüb, 163 nəfər yaralanıb
Ermənistanda yanmış avtomobildə dörd nəfərin meyiti tapılıb
Dövlət başçısı: TDT-nin layihələrinin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır
Prezident: Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur
Tokayev və Japarov “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
Prezident Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının 28-ci İllik Toplantısı və Biznes Forumu keçiriləcək
AMB: Yeni maliyyə sektoru strategiyasında rəqəmsallaşma və süni intellekt əsas prioritetlərdən olacaq
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər
Bakıda Ağ Amerika kəpənəyi ilə əlaqədar ağaclarda dərmanlama işləri aparılır
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
AMB: Azərbaycanda kriptoaktivlərlə bağlı qanun ilin sonunadək qəbul oluna bilər