Bank Of Baku

20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Heydər Əliyev Sarayında anım tədbiri keçirilib - FOTO

20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Heydər Əliyev Sarayında anım tədbiri keçirilib - <font color=red>FOTO</font>
# 18 yanvar 2010 11:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yanvarın 18-də 20 yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Sarayında anım tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev 20 yanvar faciəsinə qısa nəzər salıb. O bildirib ki, 20 il bundan əvvəl elə bu tarixlərdə xalqımız təcavüzə uğrayıb, günahsız insanlar gülləbaran edilib: “20 yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 1990-cı ilin 20 yanvarından ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn, matəm kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi”. F. Babayev deyib ki, bütün Azərbaycan xalqı kimi 20 yanvar tarixində rəhbərlik etdiyi sarayın kollektivi də Şəhidlər Xiyabanını ziyarət edəcək.
Anım tədbirində 20 yanvar faciəsindən bəhs edən 10 dəqiqəlik “Azadlığa gedən yol” sənədli filmi nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR