Bank Of Baku

Ombudsman Aparatında 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

Ombudsman Aparatında 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilib
# 18 yanvar 2010 17:00 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr edilən tədbir keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ombudsman Elmira Süleymanova çıxışında qeyd edib ki, insan hüquqlarının təmin edilməsi və müdafiəsi üzrə beynəlxalq müqavilələri imzalayan, hüquqi dövlət yaratmaq iddiasında olan keçmiş Sovet dövləti 20 il əvvəl beynəlxalq hüquq normalarını və SSRİ Konstitusiyasını pozaraq Azərbaycana qarşı misli görünməmiş hərbi təcavüz edib. Nəticədə insanların ən ali hüququ olan yaşamaq hüququ kütləvi şəkildə pozulub.
20 yanvar faciəsinin Azərbaycan xalqına qarşı mütəşəkkil terror siyasətinin başlanğıcı, silsilə terror aktları sırasında ən ağır zərbələrdən biri kimi vurğulanıb.
E.S üleymanova 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə bağlı bəyanat verdiyini və bu bəyanatın BMT-nin Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, habelə Azərbaycanın diaspor təşkilatlarına ünvanlandığını söyləyib.

Müvəkkilin tapşırığına əsasən, Gəncə, Şəki, Quba və Cəlilabad Regional Mərkəzlərinin nümayəndələri əhatə etdikləri rayonlarda 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar əhali arasında, gənclər və uşaqların iştirakı ilə maarifləndirmə tədbirləri keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR