Bank Of Baku

1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ötən il ərzində 291 akt və protokol tərtib edib

1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ötən il ərzində 291 akt və protokol tərtib edib
# 19 yanvar 2010 07:30 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən 2009-cu il ərzində inzibati ərazidə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlı) müvafiq reyd və yoxlamalar keçirilərək 291 akt və protokol tərtib edilmiş və 37 icrası məcburi olan göstəriş verilib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 37 iş üzrə 51000 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 9637 manatın ödənilməsi təmin olunub. Ümumilikdə, il ərzində ətraf mühitə dəymiş ziyanla bağlı 171 iş üzrə 9689,61 manat məbləğində iddia qaldırılmış, ondan (ötən ildən qalan borc da daxil olmaqla) 13418,93 manat məbləğin ödənilməsi təmin edilib. Aşkar edilmiş qanun pozuntularına görə idarə və müəssisələrə 810 iş üzrə 42701 manat məbləğində cərimə tətbiq olunub və ödənilməsi təmin edilib.
Tədbir görülməsi üçün məhkəmələrə göndərilən 19 işdən 6-na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 28 işdən 17-nə baxılaraq müvafiq tədbir görülüb.

İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar aşkar edilən faktlar əsasında 57 akt və protokol tərtib olunub, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair 21 icrası məcburi olan göstəriş verilib.

Torpağın mühafizəsi üzrə 5 akt və protokol tərtib olunub.
Fauna və floranın mühafizəsi üzrə 99 akt və protokol tərtib edilib. Ümumilikdə qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 4 iş üzrə 2400 manat məbləğində cərimə tətbiq edilib və ondan 728 manatın ödənilməsi təmin olunub. Ətraf mühitə dəymiş ziyanla bağlı 84 iş üzrə 6900,72 manat məbləğində iddia qaldırılıb və ondan (ötən ildən qalan borc da daxil olmaqla) 10910,93 manatın ödənilib. Tədbir görülməsi üçün məhkəmələrə göndəriliən 17 işdən 6-na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilən 3 işdən 2-nə baxılaraq müvafiq tədbir görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR