Bank Of Baku

Daşkəsən rayonunun Alunitdağ qəsəbəsinə canavar hücumları olub

Daşkəsən rayonunun Alunitdağ qəsəbəsinə canavar hücumları olub
# 19 yanvar 2010 07:58 (UTC +04:00)
Daşkəsən. Ayxan Hüseynov-APA. Daşkəsən rayonunun Alunitdağ qəsəbəsinə canavarlar hücum edib. APA-nın qərb bürosunun xəbərinə görə, ötən gün yırtıcılar qəsəbə sakinlərinə məxsus bir atı parçalayıblar. Yerli sakinlərin sözlərinə görə, son bir ay ərzində canavar hücumlarının sayı artıb. Sakinlər bildiriblər ki, canavarlar hücumlarının artması qarlı və qatı dumanlı hava ilə bağlıdır.
Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya məsələdən xəbərdar olduqlarını, bununla bağlı lazımi tədbirlər görüləcəyini bildiriblər.

Qeyd edək ki, canavarların hücumu rayonun Molla-Həsənli, Quşçu, Zəylik kəndlərində də müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR