Bank Of Baku

Ötən il Azərbaycanda əmək pensiyaçılarının sayı 2% artıb

Ötən il Azərbaycanda əmək pensiyaçılarının sayı 2% artıb
# 19 yanvar 2010 09:55 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunın (DSMF) hesablamalarına görə, ötən il ərzində ölkədə əmək pensiyaçılarının sayı ilkin məlumatlara əsasən 27 min nəfər və ya 2,1% artaraq bu ilin əvvəlinə 1,302 mln. nəfərə çatıb. «APA-Economics»in məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib.

Əmək pensiyaçılarının sayında müşahidə olunan artımın 59%-i yaşa görə, 35%-i əlilliyə görə, 6%-i isə ailə başçısını itirməyə görə pensiyaya çıxanların payına düşür.

Azərbaycan prezidentinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamına əsasən, pensiyaçıların 60%-nin, yəni 765 min nəfərin pensiyasının sığorta hissəsinə 20,8% artım tətbiq olunub. Eyni zamanda, digər bir mühüm göstəricinin - əvəzetmə əmsalının, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətinin də 2009-cu ildə sabit saxlanması təmin olunub. İlin sonuna ölkə üzrə orta aylıq pensiyanın məbləği 100,4 manat olub və əvəzetmə əmsalı 34% təşkil edib.

Ötən il pensiyaçılara ödənişlərin ÜDM-ə nisbəti müstəqillik dövründə ən yüksək səivyyəyə – 5,3%-ə çatıb. Bu da beynəlxalq aləmdə nəzərdə tutulan 5% həddin keçilməsi deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR