Bank Of Baku

Azərbaycanın komitə sədri: “Bu il məcburi köçkünlərin Bakıdakı yataqxana və sanatoriyalardan köçürülməsinə başlanacaq”

Azərbaycanın komitə sədri: “Bu il məcburi köçkünlərin Bakıdakı yataqxana və sanatoriyalardan köçürülməsinə başlanacaq”
# 19 yanvar 2010 09:55 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənovun sözlərinə görə, dövlət başçısının ötən gün Nazirlər Kabinetinin müşavirəsində verdiyi tapşırığa əsasən, komitə dünəndən bununla bağlı işlərə başlayıb.

«Biz artıq dünən təkliflərimizi vermişik. Təkliflər baxılandan sonra ayrılacaq maliyyə vəsaiti müqabilində məcburi köçkünlərin yataqxanalardan köçürülməsinə başlanacaq», - deyə Ə. Həsənov vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, hazırda Bakı şəhərində 60 yataqxanada 6100 ailə və ya 24 min məcburi köçkün yaşayır. Həmçinin sanatoriya binalarında 2836 ailə yaşayır ki, bu da 10 min nəfər deməkdir.

Ə. Həsənov bildirib ki, köçürülməyə ilk olaraq ali məktəblərin yataqxanalarından başlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR