Bank Of Baku

Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı və ya icazəsiz daxil olduğu mənzillərdən köçürülməsi nəzərdə tutulur

Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı və ya icazəsiz daxil olduğu mənzillərdən köçürülməsi nəzərdə tutulur
# 19 yanvar 2010 10:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı və ya icazəsiz daxil olduğu, başqa şəxslərə məxsus mənzillərdən köçürülməsi nəzərdə tutulur. APA-nın məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Komitə sədrinin sözlərinə görə, Bakı şəhərində 3 minə yaxın evdə məcburi köçkünlər məskunlaşıb. Respublika üzrə isə bu cür məcburi məskunlaşılmış evlərin sayı 6 minə qədərdir: “Bunların içərisində 300-400 evin təcili boşaldılmasına ehtiyac var. Problemi öyrənmişik və sənədlər tam araşdırılıb. Bu məsələnin yüksək səviyyədə müzakirəyə ehtiyacı var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR